Bakıda məktəbin Azərbaycan və Rus bölmələrinin şagirdləri arasında bıçaqlaşma olub


Sosial 10 Okt 2017 08:26:15 328 0

Bakıda məktəbin Azərbaycan və Rus bölmələrinin şagirdləri arasında bıçaqlaşma olub

Hadisə 151 saylı orta məktəbdə qeydə alınıb

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə 151 saylı orta məktəbdə qeydə alınıb.

Azərbaycan dili bölməsinin 8-ci sinfində oxuyan 2001-ci il təvəllüdlü Əliyev Fərid Elnur oğlu Rus dili bölməsinin eyni sinif şagirdi ilə mübahisə edib. Nəticədə F.Əliyev 2 bıçaq xəsarəti alıb. Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları 151 saylı orta məktəbə cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.