Telefon cibində partladı...


Digərləri 10 Okt 2017 08:15:00 389 0

Telefon cibində partladı...

İndoneziyanın Semaranq şəhərində otel əməkdaşının cibində "Samsung Grand Duos" telefonu partlayıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, 2013-cü ildə istehsal edilmiş smartfonun sahibi cəld reaksiya verib. O, yanan köynəyini tez çıxara bilib.   Xatırladaq ki, "Samsung" şirkəti ötən ilin sentyabr ayında "Galaxy Note 7" smartfonlarının batareyasında nasazlığa görə bu cihazları kütləvi şəkildə geri çağırıb və satışları dayandırıb. Bu ilin avqust ayında isə "Samsung" şirkəti "Galaxy Note 4" fabletləri üçün 10 mindən artıq akkumulyatoru geri çağırıb. Buna səbəb batareyanın alovlanma riski olub.