SOCAR Rumıniyada 39cu yanacaqdoldurma məntəqəsini tikib FOTO


Digərləri 10 Okt 2017 08:02:00 429 0

SOCAR Rumıniyada 39cu yanacaqdoldurma məntəqəsini tikib  FOTO

YDM Rumıniyanın turizm mərkəzlərindən biri olan Braşov şəhərində açılacaq

Yaxın günlərdə SOCAR Rumıniyada sayca 39-cu yanacaqdoldurma məntəqəsini (YDM) açacaq.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə SOCAR-ın Rumıniyadakı "SOCAR Petroleum SA" şirkətindən məlumat verilib. Bu, Rumıniyanın turizm mərkəzlərindən biri olan Braşov şəhərində "SOCAR" brendi altında istifadəyə veriləcək sayca ikinci məntəqədir. YDM-də 3 sayğac quraşdırılıb və bu da 4 kiçik və 2 böyük nəqliyyat vasitəsinin eyni anda benzin və dizel yanacaqları ilə təmin edilməsi deməkdir. Müştərilərə YDM ərazisindəki "Nar" kafedə yerli və Azərbaycan məhsulları, eləcə də pulsuz internet xidməti təqdim olunacaq. SOCAR-ın Rumıniyadakı yanacaqdoldurma məntəqəsi şəbəkəsi artıq 18 regionu əhatə edir.


Xəbərə aid fotolar