Kaliforniyada 10 nəfər meşə yanğınlarının qurbanı olub


Dünya 10 Okt 2017 08:08:00 315 0

Kaliforniyada 10 nəfər meşə yanğınlarının qurbanı olub

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları 10 nəfərin həyatına son qoyub.

Son.az Trend-ə istinadən bildirir ki, bir nəfər Mendosinoda, 2-si Napada, 7-si isə Sonomada həlak olublar.

Qeyd edək ki, "NBC" telekanalı daha əvvəl meşə yanğınlarının başlandığını və 20 mindən artıq insanın təxliyə olduğunu bildirib. Yanğında 1,5 mindən artıq ev və sənaye binaları yayrsız hala gəlib.