2,2 kq qızıl aparmaq istəyən Azərbaycan vətəndaşı saxlanılıb


Dünya 10 Okt 2017 07:56:00 343 0

2,2 kq qızıl aparmaq istəyən Azərbaycan vətəndaşı saxlanılıb

Qızılın ümumi dəyəri 53 min ABŞ dolları təşkil edib

Oktyabrın 7-də Azərbaycandan Gürcüstana qanunsuz yolla ümumi çəkisi 2,202 kiloqram olan qızıl külçə aparmaq istəyən şəxs saxlanılıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb. Bəyan olunmamış qızıl "Qırmızı körpü" sərhəd-buraxılış məntəqəsində Gürcüstan gömrükçüləri tərəfindən Azərbaycan vətəndaşının üzərinə baxış zamanı aşkar edilib. .