SOCAR Rumıniyada 39-cu yanacaqdoldurma məntəqəsini istifadəyə verəcək


İqtisadiyyat 10 Okt 2017 07:41:49 304 0

SOCAR Rumıniyada 39-cu yanacaqdoldurma məntəqəsini istifadəyə verəcək

YDM Rumıniyanın turizm mərkəzlərindən biri olan Braşov şəhərində açılacaq

Yaxın günlərdə SOCAR Rumıniyada sayca 39-cu yanacaqdoldurma məntəqəsini (YDM) açacaq.

Bu barədə “Report”un Şərqi Avropa bürosuna SOCAR-ın Rumıniyadakı “SOCAR Petroleum SA” şirkətindən məlumat verilib.

Bu, Rumıniyanın turizm mərkəzlərindən biri olan Braşov şəhərində “SOCAR” brendi altında istifadəyə veriləcək sayca ikinci məntəqədir. YDM-də 3 sayğac quraşdırılıb və bu da 4 kiçik və 2 böyük nəqliyyat vasitəsinin eyni anda benzin və dizel yanacaqları ilə təmin edilməsi deməkdir. Müştərilərə YDM ərazisindəki "Nar" kafedə yerli və Azərbaycan məhsulları, eləcə də pulsuz internet xidməti təqdim olunacaq.

SOCAR-ın Rumıniyadakı yanacaqdoldurma məntəqəsi şəbəkəsi artıq 18 regionu əhatə edir.