İlk elektrik təyyarəsi 2022ci ildə satılacaq


Digərləri 10 Okt 2017 07:41:00 286 0

İlk elektrik təyyarəsi 2022ci ildə satılacaq

ABŞ-ın "Boeing Co" (BA.N) və "JetBlue Airways Corp" (JBLU.O) aviaşirkətləri şəxsi elektrik təyyarəsinin yaradılması ilə məşğul olan startaplardan birini dəstəkləyiblər.  

Son.az ICTnews-a istinadən bildirir ki,  2022-ci ilədək 1600 km-dək məsafə üçün uçuş vaxtını azalda və uçuş xərclərinə qənaət edə bilən avialayner prototipinin sınaqlarının keçirilməsi planlaşdırılır. "Zunum Aero" şirkəti bu məqsədlə 12 sərnişin üçün nəzərdə tutulan və iki elektrik mühərriki ilə işləyən sınaq modelini düzəltməyə hazırlaşır.

Məlumata görə, "Tesla" və "Panasonic" elektrik mühərriklərindən istifadə nəzərdə tutulur. Bundan başqa, göyərtədə təhlükəsizlik üçün qaz generatoru quraşdırılacaq. Əlli nəfərədək sərnişin tutumuna malik daha böyük hava gəmisinin 2020-ci ilədək yaradılması planlaşdırılır.

Bildirilir ki, uçuş məsafəsinin enerji toplamadan 1600 km təşkil edəcəyi gözlənilir. Təyyarəni əvvəlcə bir pilot idarə edəcək, daha sonra sistem uçuşları avtomatik rejimdə həyata keçirəcək.