Bakı Dövlət Universitetinin 100 illiyinin qeyd olunması təklif edilib


Sosial 10 Okt 2017 07:01:52 325 0

Bakı Dövlət Universitetinin 100 illiyinin qeyd olunması təklif edilib

Təhsil naziri bu təkliflə dövlət başçısına müraciət edib

Bakı Dövlət Universitetinin 2019-cu ildə 100 illiyinin dövlət səviyyəsində qeyd olunması təklif edilib.

"Report" xəbər verir ki, bu təkliflə təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında çıxış edib.

"Sərəncamınıza əsasən növbəti ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi dövlət səviyyəsində təntənəli surətdə qeyd olunacaq. Fürsətdən istifadə edərək, Azərbaycanda ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin 2019-cu ildə 100 illiyinin dövlət səviyyəsində qeyd olunması barədə məsələni diqqətdən keçirməyinizi Sizdən xahiş edirəm", - deyə nazir bildirib.