Bakıda qadın sürücü yol kənarı ilə gedən qadın piyadanı vurub


Sosial 10 Okt 2017 05:13:29 316 0

Bakıda qadın sürücü yol kənarı ilə gedən qadın piyadanı vurub

Maşın əvvəlcə yol kənarındakı dirəyə çırpılıb

Bakının Suraxanı rayonunda qadın sürücü qəza törədərək piyadanı vurub.

"Report" xəbər verir ki, Səttar Bəhlulzadə küçəsi ilə hərəkətdə olan "Mazda" markalı avtomobil idarəetməni itirərək əvvəlcə dirəyə çırpılıb, daha sonra isə yol kənarı ilə gedən 44 yaşlı Yusifova Nəzakət Nadir qızını vurub.

Piyada müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanı əməkdaşları hadisəni törədən sürücünü saxlayıb. Avtomobil isə cərimə meydançasına yerləşdirilib.