Bakıda 150 taksi dayanacağının təşkili üzrə işlər aparılır


İqtisadiyyat 10 Okt 2017 00:26:27 363 0

Bakıda 150 taksi dayanacağının təşkili üzrə işlər aparılır

Bunu Bakı Nəqliyyat Agentliyinin baş direktoru bildirib

"Bakıda 79 taksi dayanacaq məntəqəsinin yeri müəyyənləşdirilib və 150-sinin təşkili üzrə işlər aparılır".

"Report" xəbər verir ki, bunu Nazirlər Kabinetinin iclasında Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli bildirib.

Onun sözlərinə görə, hazırda Bakı şəhərində taksi fəaliyyəti ilə əsasən, özəl sektor məşğul olur:

"Qeyd edim ki, taksi fəaliyyətində şəffaflıq təmin edilib. Belə ki, taksi fəaliyyəti üçün fərqlənmə nişanı almaq istəyən hüquqi və fiziki şəxslər müraciət etdikdən 5-7 dəqiqə ərzində fərqlənmə nişanı ilə təmin olunurlar".