Azərbaycan neftinin SON QİYMƏTİ


Digərləri 09 Okt 2017 23:45:00 294 0

Azərbaycan neftinin SON QİYMƏTİ

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti ötən həftənin son iş günü 6-da 56,97 dollar/barel təşkil edib ki, bu da cümə axşamına olan göstəricidən 1,97 dollar/barel azdır. Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 6-da 56,23 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,98 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 6-da 53,99 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 2,08 dollar/barel azdır.