Qaraciyəri təmizləyən, əsəbləri sakitləşdirən


Digərləri 09 Okt 2017 23:30:00 394 0

Qaraciyəri təmizləyən, əsəbləri sakitləşdirən

Elə bitki çayları var ki, yatmazdan əvvəl onları içəndə yağların təmizlənməsi və yandırılmasını sürətləndirir.

Son.az qaraciyər piyləməsinin müalicəsində müsbət nəticələr göstərən bitki çayları ilə tanış edir.

Həkimlər söyləyir ki, ən yaxşı detoktasiya biz yatanda baş verir. Yuxuda olan zaman bədən və toxumalar bərpa olunur.

Çin təbabətində deyilir ki, qaraciyər səhər saat 1-dən 3-dək işləyir. Odur ki, qaraciyərin səmərəli təmizlənməsi üçün yuxu ideal vaxtdır. Digər bioloji mayelərin təmizlənməsi və maddələr mübadiləsinin sürətlənməsi üçün bitki çaylarının rolu böyükdür.

1. Çobanyastığı çayı

Çobanyastığı çayı - yatmazdan qabaq məsləhət görülən ən populyar faydalı içkidir. Onun tərkibindəki acı maddələr qaraciyərin təmizlənməsinə kömək edir. Çobanyastığından əsəbləri sakitləşdirmək, yuxu pozğunluğunu bərpa etmək və rahatlamaq üçün istifadə olunur. Bu otun iltihabları məhv edən effektləri var.

2. Limonlu su

İsti limonlu suyu adətən bizə səhər yuxudan oyandıqdan sonra içməyi məsləhət görürlər. Su qabına bir dilim limon, yaxud sıxılmış suyu əlavə etmək olar. Gecə isə limon suyu zəhərləri qanı təmizləməyə kömək edir. Amma yadda saxlayın ki, limonlu su isti halda güclü təsir göstərir.

3. Şanagüllə toxumu

Bu, həm də bütün orqanizm üçün faydalı olan bitkidir. Şanagüllə toxumunun çayını yatmazdan əvvəl hazırlamaq olar. O neqativ fikirlərdən, gərginlikdən və bütün narahatlıqlardan xilas olmaq üçün faydalıdır.

Sürətli ürək döyünməsi zamanı sakitləşməyə kömək edir, effektini artırmaq üçün çaya lavanda əlavə etmək olar.

4. Qızılgül çayı