Sürücülər üçün vacib xəbərdarlıq


Digərləri 09 Okt 2017 23:36:00 352 0

Sürücülər üçün vacib xəbərdarlıq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hava kəskin dəyişəcək, temperatur aşağı düşəcək. Yağış yağacaq və adət etdiyimiz kimi yolları su basacaq.

Havanın kəskin dəyişəcəyinə görə sürücülər yollarda mümkün qədər ehtiyatlı olmalıdırlar. Son.az xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis-polkovniki Vaqif Əsədov ölkə.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, hava şəraiti kəskin dəyişsə, şəraitə uyğun bütün sürücülər dövlət yol polisinin tövsiyələrindən başqa, özlərinə arxayın olub hərəkət etməlidirlər.

"Təbii ki, hava şəraitinin kəskin dəyişməsi güclü yağışın yağması deməkdir. Deməli hava şəraitindən asılı olaraq, peşəkar sürücülər hərəkət etməli, qeyri-peşəkarlar isə onların hərəkətinə şərait yaratmalıdırlar. Ən yaxşısı odur ki, belə havalarda ictimai nəqliyyatdan istifadəyə üstünlük verilsin. Onların hərəkətinə şərait yaradılmalıdır. Avtomobili minimum sürətlə idarə etmək lazımdır. Sürüşkən yollarda ara məsafəsi normadan artıq saxlanılmalıdır. Başqa günlərə nisbətən daha diqqətli olmaq lazımdır. Gedilən istiqaməti əvvəlcədən dəqiqləşdirib, həmin hərəkət üzrə düzgün zolaq seçilməlidir. Qoyulmuş yol nişanlarının tələblərinə, işıqforun göstəricilərinə düzgün əməl etməliyik", - deyə Vaqif Əsədov bildirib.