Qabığı ilə yeyin ki,


Digərləri 09 Okt 2017 23:39:00 311 0

Qabığı ilə yeyin ki,

Dietoloqlar qabıqları ilə yeyilən bir sıra qidaların xərçəng riskini azaltdığını bildirirlər. Onlar meyvə və tərəvəzlərin qabıqla yeyildikdə daha çox vitamin ehtiva etdiyini bildirirlər. Həmçinin bu vasitə ilə enerji artır və xərçənglə mübarizədə təsirli olur.

Son.az ailem.az-a istinadən həmin qidaların siyahısını verir.

Kivi   Kivinin tüklü səthi antioksidantar, anti-xərçəng, anti-allergiya və iltihaba qarşı maddələrlə zəngindir. Qabıq özündən 3 qat daha çox antioksidant ehtiva edir.

Ananas   Ananasın kənarında tikanlı səth deyil, qalın çəyirdəkli hissəsi istifadə edilə bilər. Lif və C vitamini sayəsində həzm sistemində ölü toxumaları tez təmizləyir və mədəni qoruyur. Ananasın tumunu əzib içkilərə qataraq, istifadə edə bilərsiniz.

Banan   Aparılan bir araşdırmada banan qabığı ekstraktının serotoninlə zəngin olduğu qənaətinə gəlinib. Banan qabığında lutein antioksidantı olduğundan göz hüceyrələrini ultrabənövşəyi işığın zərərli təsirlərindən qoruyur. Bu işığa çox həssaslıq kataraktın meydana gəlməsi riskini artırır. Araşdırmaçılar banan qabığını təxminən 10 dəqiqə qaynadıb, soyudulmuş suyunu içməyi, ya da meyvə sıxandan keçirib, suyunu içməyi təklif edirlər.