Marketlərin insanları ALDATMA ÜSULLARI


Digərləri 09 Okt 2017 22:52:00 331 0

Marketlərin insanları ALDATMA ÜSULLARI

İnsanların marketlərə alış-verişə gedən zaman ehtiyacdan artıq bazarlıq etməsinin səbəbləri var.

Son.az teleqraf.com-a istinadən həmin səbəblərdən bir neçəsini sizə təqdim edir.

Meyvə-tərəvəz rəfləri

1. Marketə girən kimi qarşımızdakı meyvə-tərəvəz rəflərinin rəngarəng görüntüsü ağlımızı başımızdan alır, bizi daha çox pul xərcləməyə vadar edir. Rəngli meyvə-tərəvəzləri gördükdə şən əhval-ruhiyyəmiz olur və daha çox pul xərcləməyə meyilli oluruq. Bu duyğuyla, əvvəlcə səbətimizi lazımı ləvazimatlarla dolduraraq, marketin içərisində irəlilədikcə lazımsız ləvazimatları da səbətimizə əlavə edirik.

Siyahınızda olmayan məhsullar

2. Labirint kimi qarışıq aralar alış-veriş siyahınızı axtararkən marketin içində hər yeri dolaşırsınız. Xüsusilə, çörək, süd, yumurta kimi əsas məhsullar bir-birindən uzaq məsafədə yerləşdirilir ki, marketin hər yerini gəzəsiniz və siyahınızda olmayan məhsulları da görəsiniz. Həm də, müxtəlif kateqoriyalı məhsulları labirint formasında düzürlər ki, sizə lazım olan qidanı almaq üçün düz deyil, dolaşaraq gedəsiniz. Belə olduqda, marketdəki əksər məhsulları görməli olursunuz.

Marketdə niyə pəncərə yoxdur?