Ağadadaş Ağayevin "Sevirəm de" mahnısı: Mahnını kim kimdən oğurlayıb?! VİDEO


Şou-biznes 09 Okt 2017 22:40:00 422 0

Ağadadaş Ağayevin "Sevirəm de" mahnısı: Mahnını kim kimdən oğurlayıb?!  VİDEO

Bu hamımıza tanış olan Ağadadaş Ağayevin "Sevirəm de" mahnısı. Bu isə fars müğənnisi Gitanın "Age Eshgh Hamine" bəstəsi. Son.az bildirir ki, bir müddət öncə sosial şəbəkələrdə ermənilərin Ağadadaş Ağayevin "Sevirəm de" mahnısını özününkiləşdirdiyi ilə bağlı video yayılmışdı. Erməni Zura Hanukaevin ifa etdiyi "Ti moy angel" adlandırılan mahnının bəstəkarının erməni Natalya Erenburq olduğunu iddia edilir. 2017-ci ilin hiti başlığı ilə Youtube video izləmə portalına yerləşdirilən mahnı qısa zamanda 300 min istifadəçi tərəfindən izlənilib.

Ermənilərin növbəti plagiatını ifşa etmək məqsədi ilə "XəzərXəbər" olaraq düz 4 gün ard-arda mahnının bəstəkarı olduğunu deyən Ağadadaş Ağayevlə əlaqə saxlamağa çalışdıq. Müğənni bir neçə dəfə müsahibə verəcəyini bildirsə də, vədinə əməl etmədi. Ağadadaş Ağayevin ermənilərin oğurladığı mahnısına qarşı laqeyd və birmənalı olmayan mövqeyinin səbəbi ilk olaraq qaranlıq qalsa da, kiçik bir araşdırmadan sonra məsələ bizə aydın oldu. Məlum oldu ki , Ağadadaş Ağayevdən təxminən bir neçə il öncə "Sevirəm de" mahnısını fars bəstəkar-müğənni Gita Şirazda ifa edib. Mahnı farsca "Age Eshgh Hamine " tərcümədə əgər sevgi eynidirsə adlanır. burada haqlı olaraq sual yaranır. Mahnını kim kimdən oğurlayıb?! Məsələ ilə bağlı Bəstəkarlar İttifaqıyla əlaqə saxladıq. Qurumdan bildirildi ki, onlar yalnız peşəkar bəstəkarlarla çalışırlar. Qeyd olunan mahnı bu kateqoriyaya aid deyil. Məsələnin hüquqi tərəfini araşdırdıqda isə məlum oldu ki, "Sevirəm de" mahnısı Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirilməyib. Yəni, mahnının Ağadadaş Ağayevə məxsusluğunu təsdiqləyən hər hansı rəsmi sənəd yoxdur. Müəllif hüquqları agentliyindən yaranan vəziyyətlə bağlı yalnız araşdırma aparıldıqdan məlumat veriləcəyini bildirdirdilər. /xezerxeber.az