Türkiyəli modelyerdən aktrisaya qarşı böyük TƏRBİYƏSİZLİK


Digərləri 09 Okt 2017 22:31:00 320 0

Türkiyəli modelyerdən aktrisaya qarşı böyük TƏRBİYƏSİZLİK

Modelyer Nur Yerlitaş tanınmış aktrisa Özge Özpirinçciyə qarşı böyük tərbiyəsizlik edib.

Son.az xəbər verir ki, Nur Yerlitaş məşhur ticarət mərkəzində lüks mağazaların birində alış-veriş edib. O, mağazada bir neçə geyim seçərək VİP müştərilərə özəl kabinə keçmək istəyib. Lakin işçilər modelyerə kabində Özge Özpirinçcinin olduğunu və aktrisanın ondan əvvəl gəldiyini bildirib.

Bu zaman Nur Yerlitaş satıcıya "İçəridəki tez çıxsın, işi uzun çəkdi" deyə irad bildirib. Bununla kifayətlənməyən modelyer verdiyi sərt reaksiyalarla həm ətrafdakıları qorxudub, həm də mağazada gərginlik yaradıb. Pulu ilə hər şeyi həll edə biləcəyini düşünən dəb ustası mağazada olan hər kəsə qarşı hörmətsizlik edib. O, "Bu qədər pul verirəm, məni əsla gözlədə bilməzsiniz" - deyə səsini qaldırıb. Nur Yerlitaşı zorla sakitləşdiriblər.