Payızın ƏSAS TRENDİ: Kişi kostyumlarını qadınlar ələ keçirdi FOTO


Digərləri 09 Okt 2017 22:24:00 1024 0

Payızın ƏSAS TRENDİ: Kişi kostyumlarını qadınlar ələ keçirdi  FOTO

Kişi stilində geyinmək, eyni zamanda xanımlığını qorumaq hər bir modapərəstin dərk etməli olduğu hiyləgər fənddir. Uniseks elementlərinin olduğu qarderob qəribə də olsa, həmişə seksual təsir bağışlayır.

Güclü kişi biçimi yaxşı yeməkdə dadlı ədviyyat kimidir, odur ki, inqrediyentlərin miqdarına və keyfiyyətinə nəzarət etmək əhəmiyyətlidir. Başdan ayağa kişi şalvarı və pencəyi, kişi şlyapası və həcmli köynəklər, eləcə də kobud ayaqqabılar geyinmək lazım deyil, sizin əsas vəzifəniz odur ki, zərif və cazibədar qalmağa kömək edən balansı hiss edəsiniz. Son.az xəbər verir ki, dama-dama, bir rəngli, naxışlı kişi kostyumları bu payızın dəbdə olan əsas elementlərindən biridir. Pencəklərin həcmli versiyaları xüsusilə trenddir. Kostyumların standart katibə uniformasını xatırlatmasını unudun getsin, yeni mövsümdə onlar darıxdırıcı ofis geyim kateqoriyasından çıxaraq ultradəbli geyimin dərəcəsinə keçib. Bu səbəbdən də ciddi və şıq kostyumları işə geyinməkdən imtina etmək axmaqlıq olardı. Onlarda siz əsl peşəkar kimi görünəcəksiniz. Lakin kişisayağı kostyumlar yalnız iş üçün nəzərdə tutulmayıb, onlar həm romantik görüş, həm əyləncə gecələri, həm də təntənəli mərasimlər üçün gözəl seçimdir. Belə kostyumlar ağ futbolka, sviter və vodolozka ilə, həm krop-top, həm də dikdabanlarla eyni cür ahəngdar olacaq. Yeri gəlmişkən, ciddi kostyumlar istənilən idman ayaqqabısıyla əla uzlaşır. Bir neçə məsləhət Açıq boz çalarlardan istifadə edin. Onlar obrazı ağırlaşdırmır və ətrafdakıları rəsmiyyətlə qorxutmurlar. Beli kəmərlə bağlanan pencəklər bədən quruluşunu vurğulayır və obrazı zərif görünməyə vadar edir. Məxmər kostyumları gecə də, gündüz də geyinmək olar. Lakin qaradan uzaq durmağa çalışın, çünki bu rəng axşam çıxışı üçün daha əlverişlidir. Neytral, bej və istənilən başqa pastel çalarları əsl modapərəstin xəyalıdır. Belə kostyumların kəsimi boş olanda da incəliyinizi ön plana çıxarır. Qara kostyumları maraqlı və daha az ciddi ayaqqabıyla birləşdirmək tövsiyə edilir. Onda obraz çox qəliz və ya dramatik yox, daha ahəngdar alınacaq. Şalvarların fasonları müxtəlifdir. Dizyanerlər payız-qış kolleksiyalarında həm dar, həm də klassik, həm də enli balaqlı şalvarlar təklif ediblər. (publika.az)