Zibilxana təhlükə yarada bilər Əraziyə niyə zibil qutuları qoyulmur? VİDEO


Digərləri 09 Okt 2017 21:27:00 453 0

Zibilxana təhlükə yarada bilər  Əraziyə niyə zibil qutuları qoyulmur?  VİDEO

Binəqədinin I mədən ərazisində yaşayan bir qrup sakin zibildən yarana biləcək təhlükə ilə üz-üzədirlər. Yəni ərazidə zibil qutuları yoxdur. Bu səbəbdən də zibil yola tökülür. Əgər təsadüfən yanğın baş versə və ya kimsə bu zibilxanaya od vursa, bu zaman baş verə biləcək partlayış faciə ilə nəticələnə bilər.

Son.az bildirir ki, sakinlər iddia edirlər ki, bu problem yalnız onlar yaşayan ərazidədir. I mədənin yaşayış olan digər korpuslarında zibil yeşikləri qoyulub.

Ən çox da sakinləri narahat edən ərazidə yerləşən neft buruğudur. Belə ki, əgər zibilxanaya çevrilən bu əraziyə kimsə bilərəkdən və ya təsadüfən od vursa baş verə biləcək faciə qaçılmazdır. Lakin sakinlər deyirlər ki, onlar müvafiq qurumlara bu barədə xəbərdarlıq ediblər:

Binəqədi Bələdiyyəsindən isə məsələyə şifahi münasibət bildirdilər.