Ağdamda yol qəzası baş verib, xəsarət alanlar var


Sosial 09 Okt 2017 20:49:51 283 0

Ağdamda yol qəzası baş verib, xəsarət alanlar var

Faktla bağlı araşdırma aparılır

Ağdam rayonunda yol qəzası baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı avtomobil "VAZ-2106" markalı minik maşını ilə toqquşub. "VAZ-2106"nın sürücüsü, Mingəçevir şəhər sakini Rövşən Mustafayev və onun avtomobildə olan oğlu maşının aşması nəticəsində xəsarət alıb. İdarəetmədən çıxan "VAZ-2107" markalı avtomobil isə yol kənarında dayanan insanların üzərinə gedərək onların bir neçəsinə xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.