GUAM ölkələri arasında azad iqtisadi zona yaradılacaq
Dünya 09 Okt 2017 21:09:00 343 0
Bunu Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze söyləyib
GUAM ölkələri arasında azad iqtisadi zona yaradılacaq.
Bu sözləri “Report”un Gürcüstan bürosuna açıqlamasında Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze söyləyib.
Nazir deyib:
“Ötən 20 il ərzində GUAM ölkələri siyasi və iqtisadi əməkdaşlıq sahəsində müəyyən problemlər, çətinliklərlə üzləşiblər. Buna baxmayaraq, üzv ölkələr GUAM-ı etibarlı təşkilat kimi formalaşdırmağı bacardılar. İnanıram ki, GUAM daha güclü təşkilata çevrilə biləcək”,
“GUAM ölkələrinin azad iqtisadi zonasının yaradılması istiqamətində bu ilin sonunadək müəyyən irəliləyişlərin olacağını gözləyirik” - deyə, M.Canelidze vurğulayıb.
Mənbə: report.az