Saxta müəllimlik diplomu ilə 19 il dərs keçdi


Dünya 09 Okt 2017 20:56:00 417 0

Saxta müəllimlik diplomu ilə 19 il dərs keçdi

Tekirdağ vilayəti, Giresun rayonu və Trabzonda müxtəlif məktəblərdə 19 il boyunca müəllimlik edən Yusuf B.-nin yalnız lisey bitirdiyi və internetdən hazır diplomun oxşarını hazırladaraq müəllimlik etdiyi ortaya çıxıb.

Son.az Habertürk-ə istinadən xəbər verir ki, 1994-cü ildə Akçaabat Ticarət Peşə Liseyinin məzunu olan Yusuf B.-nın fırıldağının üstü 2015-ci ildə açılıb. Trabzon Milli Təhsil İdarəsi diplomunun saxta olduğu məlum olan Yusuf B. haqqında polisə şikayət edib. İfadəsi alınan Yusuf B. peşman olduğunu bildirib.

Yusuf B. haqqında saxtakarlıq və fırıldaqçılıq əməllərinə görə istintaq başlayıb.