Şəhriyar başına yapışdırılan 650 dollarlıq parik iddiasından danışdı


Şou-biznes 09 Okt 2017 20:30:00 357 0

Şəhriyar başına yapışdırılan 650 dollarlıq parik iddiasından danışdı

Tanınmış aparıcı və aktyor Şəhriyar Əbilov haqda maraqlı xəbər yayılıb. 

Məlumata görə, imicini dəyişən Ş.Əbilovun uzatdığı saçları, əslində, parikdir. Aktyorun yeni saçları üçün 650 dollar ödədiyi bildirilir. Həmçinin 20 gündən bir 50 azn ödəyərək onları yenilədiyi deyilir.

Son.az xəbər verir ki, məsələ ilə bağlı primetime.az Ş.Əbilovla əlaqə saxlayıb. O, iddiaya belə cavab verib: "Bu xəbəri sizə çatdıran səhv məlumat verib. Bu parik deyil. Öz saçım normal uzunluqdadır. Sadəcə olaraq, filmə görə artırmalar olur. Bu, elə mövzudur ki, müzakirəyə çıxarılmasını belə istəmirəm".