Bərdə sakini qonşusu tərəfindən döyülüb


Sosial 09 Okt 2017 20:16:13 287 0

Bərdə sakini qonşusu tərəfindən döyülüb

Faktla bağlı araşdırma aparılır

Bərdə rayonunda 39 yaşlı kişi qonşusu tərəfindən döyülüb.

"Report"un Qarabağ bürosu məlumat verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.   

Belə ki, Bərdə şəhər sakini, 39 yaşlı Xaləddin Ramazanov öz qonşusu tərəfindən döyülərək ağır bədən xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən X.Ramazanovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.