ADGTTda "Səhnə" kitabının təqdimatı keçirildi


Kriminal 09 Okt 2017 19:48:00 446 0

ADGTTda "Səhnə" kitabının təqdimatı keçirildi

Oktyabrın 9-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında istedadlı yazıçı-dramaturq Pərvinin "Səhnə" adlı yeni kitabının təqdimat mərasimi keçirildi.

Son.az bildirir ki, təqdimat mərasimində çıxış edən AYB -nin katibi Rəşad Məcid diqqətə catdırdı ki, kitaba Pərvinin müxtəlif illərdə teatr sahəsində çalışan sənət adamları ilə müsahibələri, tamaşalar haqqında resenziyaları, pyesləri və Bakı Beynəlxalq Teatr Konfranslarında qələmə aldığı məqalələr yer alıb. Kitabın təqdimatının ADGTT-da keçirilməsi də əbəs deyil. Çünki, bu teatrda Pərvinin 4 əsərinə quruluş verilib və bu tamaşalar nəinki ölkəmizdə hətta Rusiyanın bir sıra şəhərlərində də uğurla nümayiş edilib. Rəşad Məcid bildirdi ki, kitab Mədəniyyət və Turizm Nazirliyi ilə "525-ci qəzet"in birgə layihəsidir. Qarşıda digər bir layihə isə Azərbaycan kinosunun 120 illiyinə həsr ediləcək kitab olacaq.


Xəbərə aid fotolar