Aygün "Altın Kelebek"dən imtina etdi


Şou-biznes 09 Okt 2017 19:06:00 335 0

Aygün "Altın Kelebek"dən imtina etdi

Xalq artisti Aygün Kazımova "Altın Kelebek Ödülleri 2017"də iştirakdən imtina edib.

Milli.z axşam.az-a istinadən xəbər verir ki, bu haqda müğənninin prodüseri Şahin Qurbanov xəbər yayıb. 

O bildirib ki, buna səbəb A.Kazımovanın işlərinin çox olmasıdır:

"Bizim qrafikimiz ilin əvvəlindən müəyyənləşib. 8 ay "Crystal hall" konsertinə hazırlıq gedib. Sentyabrda möhtəşəm konsert baş tutdu. Noyabrda olacaq "Daf Bama" mərasimi üçün hazırlıq gedir. Bu mükafatlandırma mərasimində də Aygün xanım Azərbaycanı təmsil edəcək. Hazırda müğənninin heç istirahətə vaxtı yoxdur.