"Türk Hava Yolları" ABŞ və Türkiyə arasındakı viza qalmaqalına görə sərnişinlərə müraciət edib


İqtisadiyyat 09 Okt 2017 18:37:00 385 0

"Türk Hava Yolları" ABŞ və Türkiyə arasındakı viza qalmaqalına görə sərnişinlərə müraciət edib

"Türkiyə və ya ABŞ-a səyahət edən vətəndaşlar bu gün və daha əvvəl alınmış biletlərinə oktyabrın sonunadək müəyyən dəyişiklik edə bilərlər"

"Türk Hava Yolları" ABŞ və Türkiyə arasında viza rejiminın qarşılıqlı olaraq müddətsiz təxirə salınması ilə əlaqədar sərnişinlərinə müraciət edib. 

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, "Türk Hava Yolları" (THY) şirkətinin yaydığı açıqlamada iki ölkə arasında həyata keçiriləcək aviareyslərlə bağlı bəzi dəyişikliklər edildiyi qeyd olunub. 

Belə ki, Türkiyə və ya ABŞ-a səyahət edən vətəndaşlar bu gün və daha əvvəl alınmış biletlərinə oktyabrın sonunadək müəyyən dəyişiklik edə bilərlər. Ancaq bu qərar İstanbuldan tranzit uçuş həyata keçirən sərnişinlərə aid deyil.

Sərnişinlərin rezervasiya dəyişiklikləri ödənişsiz olaraq reallaşdırılacaq və istifadə olunmamış biletlərin pulu geri qaytarılacaq. Lakin qismən istifadə olunmuş, səyahət tamamlanmamış biletlərdə istifadə olunmayan uçuşlara aid ödəniş geri ödəniləcək. Bundan başqa, heç bir ödəniş və ya cəza ödəmədən biletin istifadə müddəti ay sonunadək uzadıla bilər.

Qeyd edək ki, bu dəyişikliklər "Türk Hava Yolları" və "AnadoluJet" şirkətləri vasitəsilə Türkiyə pasportu ilə ABŞ-a gedən, ABŞ pasportu ilə Türkiyəyə gələn bütün sərnişinlərə aiddir.

Xatırladaq ki, ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun bir əməkdaşının cəsusluqda ittiham olunaraq həbs olunmasından sonra iki olaraq qarşılıqlı olaraq viza müraciətlərini müddətsiz təxirə salıblar.