Cәlilabad sakini hündürmərtəbəli binadan yıxılaraq dünyasını dәyişib


Sosial 09 Okt 2017 18:22:10 327 0

Cәlilabad sakini hündürmərtəbəli binadan yıxılaraq dünyasını dәyişib

Faktla bağlı araşdırma aparılır

Cəlilabad rayon sakini tikintidə faciəli şəkildə dünyasını dəyişib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Sumqayıt şәhәrindә baş verib. 

Belə ki, Cәlilabad rayonunun Abışabad kәnd sakini, 35 yaşlı Hafis Kәrimxan oğlu Kərimov işlәdiyi hündürmərtəbəli binadan yıxılaraq dünyasını dәyişib. Meyit məhkəmə tibbi ekspertizasından sonra ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.