İraq hökuməti kürd muxtariyyəti ilə konfederasiya yarada bilər


Dünya 09 Okt 2017 18:24:00 373 0

İraq hökuməti kürd muxtariyyəti ilə konfederasiya yarada bilər

İraq Kürdüstanının lideri Məsud Bərzani federal hökumətin bu region üçün tətbiq etdiyi sanksiyaları ləğv edəcəyi təqdirdə, müstəqilliklə bağlı referendumun nəticələrini dondurmağa hazırdır.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə İraqın vitse-prezidenti Usama ən-Nuceyfi "Al Arabiya" kanalına açıqlamasında deyib.   Oktyabrın 8-də İraq Kürdüstanı lideri ilə İraqın vitse-prezidentləri Usama ən-Nuceyfi və Ayyad Alavi arasında danışıqlar aparılıb. Görüşdə Ərbil və Bağdad arasında narazılığın həlli üzrə pilləli plan təklif olunub və mövcud böhrandan çıxış yolları müzakirə edilib.   "Asharq Al-Awsat" qəzetinin yazdığına görə, İraq hökuməti İraq Kürdüstanı ilə konfederasiyanın qurulmasını istisna etmir. İraq Kürdüstanın siyasi rəhbərliyinin nümayəndəsi Abdulla Varati bildirib ki, konfederasiyanın yaradılmasını qonşu dövlət olan 3-cü tərəf təklif edib və təşəbbüs İraq parlamenti və hökumətindəki bir sıra siyasi fraksiyalar tərəfindən dəstəklənib.   Xatırladaq ki, sentyabrın 25-də İraq Kürdüstanı ərazisində müstəqilliyə dair referendum keçirilib.