Azərbaycan və Böyük Britaniya hərbi dənizçilərinin birgə təlim kursu başlayıb


Siyasət 09 Okt 2017 17:36:58 330 0

Azərbaycan və Böyük Britaniya hərbi dənizçilərinin birgə təlim kursu başlayıb

Kurs oktyabrın 13-dək davam edəcək

 Azərbaycan Müdafiə Nazirliyi ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Müdafiə Nazirliyi arasında imzalanan illik hərbi əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Hərbi Dəniz Qüvvələrinin bazasında təlim kursu başlayıb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Böyük Britaniyanın Kral Hərbi Donanması tərəfindən təşkil olunan “Dəniz təhlükəsizliyinin planlaşdırılması kurs”unda təlimatçı qismində iştirak etmək məqsədilə britaniyalı hərbi dənizçilərdən ibarət heyət Azərbaycana gəlib.Oktyabrın 9-da kursun açılış mərasimində Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov, eləcə də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Bakıdakı səfiri Kerol Meri Krofts iştirak ediblər.Kurs oktyabrın 13-dək davam edəcək.