Qubada həyat yoldaşını baltalayan şəxsə ağır cəza


Digərləri 09 Okt 2017 17:33:00 291 0

Qubada həyat yoldaşını baltalayan şəxsə ağır cəza

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Murad Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.    Hökmə əsasən, M. Ələsgərov 18 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, bu il mayın 22-də Quba rayonunun Güləzi kəndində yaşayan Murad Ələsgərov evində həyat yoldaşı Ulduz Ələsgərovaya 5 dəfə balta ilə zərbə endirib. Ulduz Ələsgərova aldığı zərbələrdən ölüb.    M.Ələsgərov könüllü olaraq Quba RPŞ-yə gələrək istintaqa təslim olub. Qətlə qısqanclıq zəminində baş verən münaqişə səbəb olub.