Toyuna 1 həftə qalmış özünü öldürmək istəyən oğlandan YENİ XƏBƏR


Digərləri 09 Okt 2017 17:37:00 336 0

Toyuna 1 həftə qalmış özünü öldürmək istəyən oğlandan YENİ XƏBƏR

"Toyuna 1 həftə qalmış sirkə turşusu içərək intihar etmək istəyən Qax rayon Almalı kənd sakini Nofəl Yusifovun vəziyyəti ağır stabildir".

Son.az xəbər verir ki, bu barədə publika.az-a onun müalicə aldığı Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib.

A.Maqsudov bildirib ki, krizisdən çıxsa da, o hələ də, danışa bilmir.

"Bir neçə qurtum sirkə turşusu içib və ağız boşluğu, qida borusu, mədəsi yanmışdı. Xəstəxanaya yerləşdiriləndə vəziyyəti ağır dəyərləndirildi, qanaxması var idi. Hazırda nisbətən vəziyyəti stabilləşsə də, danışmasına icazə vermirik. Çünki bu, zərərli ola bilər. Danışa bilmədiyindən özünü niyə öldürmək istədiyi barədə dəqiq məlumatımız yoxdur. Ola bilər ki, depressiya vəziyyətində olub".

Kənd icra nümayəndəsinin müavini Elçin Haqverdiyev Publika.az-a bildirib ki, ailə üzvləri onunla danışsa da, bu addımı atma səbəbini soruşmayıblar: