Bu il Azərbaycanda kommersiya banklarının xarici öhdəlikıləri dollar ekvivalentində 10% azalıb


İqtisadiyyat 09 Okt 2017 17:20:10 279 0

Bu il Azərbaycanda kommersiya banklarının xarici öhdəlikıləri dollar ekvivalentində 10% azalıb

Öhdəliklər bu ilin avqust ayında 6,7% azalıb

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin ümumi həcmi 2017-ci il sentyabr ayının 1-nə 6 428,3 mln. manat təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-nə olan göstərici ilə müqayisədə 462,7 mln. manat və ya 6,71% azdır. Keçən ilin analoji dövrü ilə müqayisədə kommersiya banklarının xarici öhdəlikləri 31,3 mln. manat və ya 0,48% azalıb.

"Report"un analitik qrupu bildirir ki, dollar ekvivalentində xarici öhdəliklər sentyabrın 1-nə 3 779,1 mln., avqustun 1-nə 4 051 mln. təşkil edib. Yəni, dollar ekvivalentində xarici öhdəliklər son bir ayda 271,9 mln. dollar və ya 6,71% azalma göstərib. 

Qeyd edək ki, kommersiya banklarının xarici öhdəliklərinin rekord həddi bu ilin əvvəlində qeydə alınıb və 8 071,7 mln. manat və ya 4 211,7 mln. dollara bərabər olub. Yəni, real olaraq bank sektorunun xarici öhdəlikləri ilin əvvəlindən 439,3 mln. dollar və ya 10,43% azalıb.