AŞPA-nın yeni prezidentini səsvermənin ilk mərhələsində seçmək mümkün olmayıb


Siyasət 09 Okt 2017 17:22:00 331 0

AŞPA-nın yeni prezidentini səsvermənin ilk mərhələsində seçmək mümkün olmayıb

Seçkilər bu gün AŞPA-nın Strasburqda keçirilən parlament sessiyası çərçivəsində keçirilib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti vəzifəsinə seçkilərin ilk mərhələsində iki namizəddən heç biri tələb olunan mütləq səs çoxluğunu toplaya bilməyib.

"Report" xəbər verir ki, seçkilər bu gün AŞPA-nın Strasburqda keçirilən parlament sessiyası çərçivəsində keçirilib.

Belə ki, Stella Kiriakides (Kipr) 126, Emanuelis Zinqeris (Litva) isə 84 səs toplayıb.

Səsvermənin ikinci mərhələsi bu gün bir qədər sonra keçiriləcək.

Xatırladaq ki, oktyabrın 6-da Pedro Aqramunt sağlamlığındakı problemləri səbəb göstərərək könüllü şəkildə AŞPA prezidenti vəzifəsindən istefa verib.