Yeni elektrovozlarla Bakıdan Tbilisiyə daha tez çatmaq olacaq FOTO


Digərləri 09 Okt 2017 16:31:00 402 0

Yeni elektrovozlarla Bakıdan Tbilisiyə daha tez çatmaq olacaq  FOTO

Fransanın "Alstom" şirkəti Belfor şəhərində "Azərbaycan Dəmir Yolları" QSC üçün ilk "Prima M4" sərnişin lokomotivini təqdim edib.

Trend-in xüsusi müxbirinin məlumatına görə, 2016-cı ildə "Azərbaycan Dəmir Yolları" ilə imzalanmış lokomotiv tədarükü haqqında müqaviləyə əsasən Belfor zavodunda 10 "Prima M4" (AZ4A) sərnişin lokomotivi istehsal olunur.

"Alstom"un Qərbi və Mərkəzi Asiya klasterinin direktoru Bernard Pell Azərbaycana ilk çoxfunksiyalı lokomotivin verilməsindən məmnunluğunu bildirib: "Biz bu tədarüklə Qara və Xəzər dənizləri və Rusiya ilə İran arasında iddialı layihənin tərkib hissəsinə çevrilirik. Fərdi sifariş əsasında hazırlanmış bu məhsul "Alstom" və "Azərbaycan Dəmir Yolları" arasındakı dayanıqlı münasibətlərin nəticəsidir".

Bu lokomotivlər Qərb-Şərq və Şimal-Cənub nəqliyyat dəhlizlərində istifadə olunacaq.


Xəbərə aid fotolar