"Faytonçu" Nazimin şikayət etdiyi klinikada daha bir ölüm


Digərləri 09 Okt 2017 16:22:00 336 0

"Faytonçu" Nazimin şikayət etdiyi klinikada daha bir ölüm

"Faytonçu" Nazimin (Nazim Pişyari) şikayət etdiyi  "Elmed" klinikasında ölüm hadisəsi baş verib.

Son.az xəbər verir ki, bu barədə oxu.az-a vəkil Ceyhun Yusifov məlumat verib. Vəkil bildirib ki, "Faytonçu" Nazimin şikayətçi olduğu klinikada bir vətəndaş əməliyyatdan sonra dünyasını dəyişib: "Elmed" klinikasının fəaliyyəti və həkimin səriştəsizliyi barədə hüquq-mühafizə orqanlarına müraciət etmişdik. Səhiyyə Nazirliyinə də klinikanın fəaliyyətinin yoxlanılması barədə müraciət ünvanlamışıq. Orada araşdırmalarımız zamanı  Rüstəmova Məfluqə Arif qızı adlı xəstənin estetik əməliyyatdan bir neçə gün sonra dünyasını dəyişdiyi məlum olub. Hazırda o işlə bağlı araşdırma aparılır və  Binəqədi rayon Prokurorluğunda Vaqif Axundovun icraatındadır".

Vəkil onu da  qeyd edib ki, həmin klinika ilə bağlı Səhiyyə Nazirliyi tərəfdən SOS siqnalı çalınmalıdır: "Klikanın maddi-texniki vəziyyəti onun peşəkar tibb  fəaliyyətinin göstəricisidir".