Musiqi məktəbində yeni TƏYİNAT


Digərləri 09 Okt 2017 15:50:00 295 0

Musiqi məktəbində yeni TƏYİNAT

Mədəniyyət və Turizm Nazirliyindən Son.az-a verilən məlumata görə, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin müvafiq əmrinə əsasən, Həşimova Vəcihə Yaşar qızı S. Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbinə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, İdarənin tabeliyində olan musiqi məktəblərində yeni 2017-2018-ci tədris ilində əmək fəaliyyətinin iş prinsiplərinə uyğun səmərəli qurulması, nizam-intizam qaydalarına riayət edilməsi məqsədi ilə bağlı kadr dəyişiklikləri aparılır.