Fikrət Qocanın oğlunun qətli ilə bağlı məhkəmə: Həkim ifadə verdi


Digərləri 09 Okt 2017 15:58:00 324 0

Fikrət Qocanın oğlunun qətli ilə bağlı məhkəmə: Həkim ifadə verdi

Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Fikrət Qocanın oğlunun qətlində təqsirləndirilən Elnur Nəhmədov, onun xuliqanlıqda təqsirləndirilən tanışları - Ruslan Məmmədov və Pərviz Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam edib.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrlik etdiyi iclasda təqsirləndirilən Pərviz Hüseynovun müdafiəsinə vəkil Arif Əliyevin qoşulduğu məlum olub.   İclasda 9 saylı xəstəxananın həkimi Günay Cavadova şahid qismində ifadə verib. Bildirib ki, hadisə yerinə gedəndə meyiti görüb. Orada olanlardan nə olduğunu soruşanda həmin şəxsin yıxıldığını deyiblər. G. Cavadova bildirib ki, meyit müayinə edilib: 'Orada olan təqsirləndirilən şəxslərdən biri israr edirdi ki, elektroşok verək, lakin dedim ki, artıq gecdir".   Hazırda proses davam edir.   Qeyd edək ki, bu il martın 11-də saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayon şöbəsinin inzibati binasında oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirilib. 1963-cü il təvəllüdlü Y.Qocayev hadisə yerində ölüb.