Azərbaycandakı 31 bankdan cəmi 4-ü şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərir


İqtisadiyyat 09 Okt 2017 15:32:00 392 0

Azərbaycandakı 31 bankdan cəmi 4-ü şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərir

Ba baxımdan sığorta sektorunda vəziyyət xeyli yaxşıdır

Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “Yaşıl dəhliz” bölməsində açıqladığı şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyicilərinin siyahısında Azərbaycanda 31 bankdan cəmi 4-nün adı var.

“Report” xəbər verir ki, bunlar “Accessbank”, “Bank Respublika” və “Ziraat Bank (Azerbaijan)” ASC-lər, eləcə də “Yapı Kredi Bank (Azerbaijan)” QSC-dir.

Sığorta şirkətləri ilə bağlı vəziyyət isə nisbətən yaxşıdır. Belə ki, 20 sığortaçıdan 13-nün adı sözügedən siyahıda var. Bunlar “AXA Mbask”, “A-Qroup Sığorta”, “Atasığorta”, “Atəşgah Həyat Sığorta”, “Atəşgah Sığorta, “Azərbaycan Sənaye Sığorta”, “Azsığorta, “Bakı Sığorta”, “Xalq Sığorta”, “Qala Həyat Sığorta, “Meqa Sığorta”, “PAŞA Həyat Sığorta”, “PAŞA Sığorta” və “Silkway Insurance” ASC-lədir. Həmçinin ölkənin yeganə təkrarsığorta şirkəti “AzRe Təkrarsığorta” ASC də şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyicisidir.

Siyahıya bank olmayan kredit təşkilatlarınından (BOKT) heç birinin adı yoxdur. Yalnız 1 kredit ittifaqının adı həmin siyahıya düşüb. Bu, “Abbas Kredit İttifaqı” MMC-dir.

Bundan başqa, Azərbaycanın maliyyə bazarında fəaliyyət göstərən investisiya şirkətləri və “Bakı Fond Birjası” QSC də şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyicisi deyil. 

Siyahı ilə http://www.taxes.gov.az/uploads/2017/sheffaf/sh09102017.pdf linki vasitəsilə tanış olmaq olar.