Rəqsanənin eks sevgilisinin atası da həbs edildi


Şou-biznes 09 Okt 2017 15:34:00 380 0

Rəqsanənin eks sevgilisinin atası da həbs edildi

Baş Dövlət Yol Polisi İdarəsinin keçmiş əməkdaşı Fərid Azayev, qardaşı Faiq Azayevin həbs olunması barədə xəbər vermişdik.

Son.az xəbərçi.az-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl Fərid və Faiq Azayevin atası İsif Azayev də həbs olunub. İsif Azayev dələduzluq, mənimsəmə, rüşvət alma maddələri ilə təqsirli bilinir. 

Xatırladaq ki, İ.Azayevin iki oğlu - Baş Dövlət Yol Polisi İdarəsinin keçmiş əməkdaşı Fərid Azayev, Faiq Azayev və Vüsal Babayevlə Sona Kərimova adam oğurluğu və digər maddələrlə təqsirli bilinib. Fevralın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Faiq Qəninevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Fərid Azayev 10 il 6 ay, Vüsal Babayev 9 il müddətinə azadlıqdan məhrum ediliblər. Faiq Azayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub və o, məhkəmə zalında həbs olunub. Sona Kərimova barəsində isə 2700 manatlıq cərimə cəzası kəsilib.