Araz çayının suyu quruyur?


Digərləri 09 Okt 2017 15:38:00 335 0

Araz çayının suyu quruyur?

Son 10 gün üzrə çaylarda mövcud vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-170, Kiçik Qafqazın çaylarında 100-220, Lənkəran-Astara bölgəsi çaylarında 60-110 , Naxçıvan MR çaylarında isə 190 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, oktyabrın 09-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 123 m3/s olmaqla ongünlük normanın 76 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 135 m3/s olmaqla ongünlük normanın 83 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 8 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 58 m3/s olmaqla, ongünlük normanın 61 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 51 m3/s təşkil edərək ongünlük normanın 53 faizinə bərabər olub.