Prokuror pul "yeyən" baş mühasibə 9 il cəza istədi


Digərləri 09 Okt 2017 15:30:00 290 0

Prokuror pul "yeyən" baş mühasibə 9 il cəza istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Bakı şəhər sakini Fikrət Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Bakı şəhər sakini Fikrət Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Trend-in məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsə cəza istəyib. Dövlət ittihamçısı F.Cəfərovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses oktyabrın 23-də davam etdiriləcək. Qeyd edək ki, F.Cəfərov vəzifə səlahiyyətlərindən istfadə edərək, marketə məxsus 83 min manatı mənimsəməkdə təqsirləndirilir. O, Bakıda fəaliyyət göstərən "Ballı" ticarət şəbəkəsinin baş mühasibi vəzifəsində çalışıb.