"Turkish Airlines"in təyyarəsi Vyanada məcburi eniş etdi


Dünya 09 Okt 2017 15:17:00 327 0

"Turkish Airlines"in təyyarəsi Vyanada məcburi eniş etdi

Türkiyənin "Turkish Airlines" aviaşirkətinə məxsus İstanbul-Brüssel reysi üzrə hərəkət edən təyyarə Vyanada məcburu eniş edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, buna səbəb təyyarədə qeydə alınan tüstülənmə olub.

Məlumata görə, hadisə səhər saat 11:00-da qeydə alınıb. Təyyarə ekipajı dərhal təyyarənin endirilməsi barədə qərar qəbul edib.

Təyyarə Vyanada məcburi eniş etdikdən sonra yanğınsındürmə briqadası eniş zolağına yaxınlaşıb.