Qırğızıstanla Qazaxıstan arasında "buz dövrü":


Dünya 09 Okt 2017 15:01:00 371 0

Qırğızıstanla Qazaxıstan arasında "buz dövrü":

Bu, ölkə prezidenti qismində son tədbirlərimdən biridir. Ümid edirəm ki, ümidlərinizi doğrultdum və siz prezident Almazbek Atambayevdən mükafat aldığınızı xatırlayacaqsınız.

Qırğızıstanın paytaztı Bişkəkdəki "Ala-Arça" dövlət iqamətgahında ölkə prezidenti A.Atambayev Qırğızıstanın sosial-iqtisadi, mədəni və intellektual potensialının inkişafında xüsusi xidmətlərinə görə bir sıra şəxslərə dövlət mükafatlarını təqdim edib.

Heç nə protokolun dəyişəcəyindən, Atambayevin nitqindəki yön fərqindən xəbər vermirdi.

Lakin az sonra "Ala-Arça"ya toplaşanlar heyrətləndilər.

Ötən həftənin şənbə günü Qırğızıstanın baş nazirinin müavini, ölkədə keçiriləcək prezident seçkiləri ilə bağlı seçki qərargahının sədri Temir Cumakadırov avtomobil qəzasında həlak oldu. Onun olduğu "Toyota Land Cruiser" avtomobilinə taxıl daşıyan KamAZ yük maşını çırpılıb.

Toyota-nın sürücüsü, baş nazirin müavini və onun köməkçisi Nurlan Camqırçıyev həlak olublar.

38 yaşlı Cumakadırov 61 yaşlı A.Atambayev üçün çox dəyərli idi. Belə ki, "sevimli tələbəm" adlandırdığı baş nazir müavinin qəzəda həlak olması xəbərini alanda Qırğızıstan prezidenti ağlayıb.

"Ala Arça"dakı nitqində də o deyib: "Cumadarovu gələcəkdə ölkə rəhbərlərindən biri kimi görürdüm".

Və bu sözlərdən sonra A.Atambayev çıxışında Qazaxıstan prezidenti, Orta Asiya siyasətinin patriarxı sayılan N.Nazarbayevi hədəfə alıb.

Qırğızıstan müxalifətinin liderlərindən biri, "Respublika Ata Jurt" Partiyasının sədri, 47 yaşlı Omurbek Babanovu qəbul edərək onunla danışıqlar aparan N.Nazarbayevin bu qərarından sinirləndiyini gizlətməyən A.Atambayev deyib: "Nazarbayev deyir ki, Qırğızıstana gənc prezident gərəkdir. Halbuki prezident seçkilərində ən yaşlı namizədimiz Nazarbayevdən 20 yaş cavandır. Qazaxlarla qırğızlar bir xalqdır. Qazaxlar 500 il əvvəl Çingiz Xanın nəslinin hakimiyyətini qəbul ediblər. İndi də məndə belə təəssürat yaranır ki, sanki, Qazaxıstanı qazaxlar yox, Çingizin törəmələri idarə edirlər. Qazaxıstanın ÜDM-i bizdən 20 dəfə çoxdur, amma təqaüdlər bizdən cəmi 1,5 dəfə artıqdır. Niyə? Çünki Qazaxıstanda hakimiyyət, məmurlar ölkəni çapıb-talayırlar. Cumakadırov kimi mən də istənilən an həlak ola bilərəm. Lakin bizim demokratiya istəyimizi öldürə bilməzlər. Bizə ağıl öyrətməyin, yolumuzu seçmişik artıq. Rusiyadan və ya Amerikadan maliyyələşən kölələr bizə ağıl öyrətməsin".

Daha sonra A.Atambayev Qazaxıstan prezidenti N.Nazarbayevi Qırğızıstanda keçiriləcək seçkilərə birbaşa müdaxilələrdə suçlayıb.

Qırğızıstan prezidentinin bu "emosional" çıxışına Qazaxıstan XİN-i çox sərt cavab verib.

XİN-in bəyanatında deyilir: "Xalqlarımız arasındakı münasibətlərə qarşı yönəlmiş belə açıqlamaları yolverilməz hesab edirik. Əmin olduğumuzu bildirmək istərdik ki, Qırğızıstan prezidentinin seçkiqabağı prosesdə konkret məqsədlərə yönəlmiş məsuliyyətsiz, mahiyyət etibarilə yalan və təxribatçı iddiaları ölkələrimiz arasındakı dostluq münasibətlərinə ziyan vura bilməyəcək".

Prezident seçkilərindən sonra Almazbek Atambayev postunu itirəcək.

Qırğızıstanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək. Seçkilərə 13 namizəd qatılsa da, onların ikisi sonradan namizədliklərini geri götürüblər.

Sabiq baş nazir Sooranbay Jeenbekov seçkilərin favoriti sayılır. Son rəy sorğularına görə, qırğız seçicilərin 40,4 faizi onu dəstəkləyir.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində