Prezident İlham Əliyevin tarixi çağırışları


Siyasət 09 Okt 2017 14:52:00 364 0

Prezident İlham Əliyevin tarixi çağırışları

Xülasə: Məqalədə Azərbaycan-BMT münasibətləri müasir geosiyasi kontekstdə təhlil edilib.

Son.az newtimes.az-a istinadən xəbər verir ki, bu münasibətlərin formalaşmasında Ulu öndər Heydər Əliyevin tarixi rolunun qısa xronoloji təhlili aparılıb və göstərilib ki, Azərbaycanla BMT arasında əlaqələrin qurulmasının təməl prinsipləri Heydər Əliyev tərəfindən işlənib. Ulu öndər BMT Baş Assambleyasının 49-cu sessiyasında və BMT-nin 50 illiyinə həsr edilmiş xüsusi iclasda həm Azərbaycanın xarici siyasətinin prioritetlərini bəyan edib, həm də ölkəmizlə bu mötəbər beynəlxalq təşkilatın qarşılıqlı əlaqələrinin başlıca məqamlarını ifadə edib. Məqalədə Ulu öndərin müəyyən etdiyi prinsiplər əsasında Prezident İlham Əliyevin BMT-Azərbaycan münasibətlərini uğurla inkişaf etdirdiyi əsaslandırılır. Son nümunə kimi Azərbaycan Prezidentinin BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında söylədiyi dərin məzmunlu, proqram xarakterli nitqi göstərilir. Məqalədə həmin nitqin geosiyasi təhlili aparılır və konkret nəticələr çıxarılır.

Bu yaxınlarda BMT-nin Baş Assambleyasının 72-ci sessiyası keçirilib. Dünya miqyasında bir-birindən ziddiyyətli proseslərin getdiyi, böyük dövlətlər arasında münasibətlərin daha da kəskinləşdiyi bir mərhələdə dünya ictimaiyyətinin diqqəti Nyu-Yorka yönəlmişdi. İnsanlar siyasətçilərdən problemlərin həlli yolları ilə bağlı fikirlər gözləyirdilər. Lakin bir sıra dövlət başçıları radikal və əsassız çıxışları ilə ümidləri doğrultmadı. Xüsusilə Ermənistana rəhbərlik edən Serj Sarkisyan gülüş obyektinə çevrildi. Bununla yanaşı, əksər dövlət başçılarının nitqləri böyük maraqla dinlənildi. Onların sırasında Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi yeri vardır. Çünki dövlət başçısı öz cəsarətli çıxışında elə məqamlara toxundu ki, həmin məqamlar yalnız Azərbaycan üçün deyil, bütövlükdə BMT-müstəqil dövlətlər münasibətləri aspektində aktual və zəruridir. Prezident İlham Əliyevin ifadə etdiyi fikirlər, hər şeydən əvvəl, Azərbaycan-BMT münasibətlərinin məzmunu və inkişaf dinamikası baxımından əhəmiyyətlidir. Bu məqamlar üzərində geniş dayanmağa ciddi ehtiyac yaranıb.

Giriş

Cari il sentyabrın 20-də Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışında Azərbaycan Prezidenti İlham Əliyev belə bir tezis ifadə edib: "Azərbaycan Birləşmiş Millətlər Təşkilatının fəal üzvüdür" (1). Azərbaycanın dövlət başçısının dərin mənalı bu fikri bir sıra aspektləri özündə birləşdirir. İlham Əliyevin həmin sessiyadakı nitqinin məzmunu bu istiqamətdə çoxlu sayda incə məqamları dərk etməyə imkan yaradır. Bunlara Azərbaycan-BMT münasibətlərinin tarixi dinamikası, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində BMT-nin rolu və yeri, BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına olan ehtiyac və müasir mərhələdə Azərbaycan-BMT əlaqələrinin inkişaf perspektivləri və s. aiddir.

Təhlillər göstərir ki, Azərbaycanla BMT arasındakı münasibətlərin formalaşması mürəkkəb geosiyasi şəraitdə baş verir. Burada ölkəmizin bu mötəbər təşkilata üzv olmasından başlayaraq, bu günə qədər müxtəlif geosiyasi, hərbi, təhlükəsizlik, enerji və s. şərtlərin təsirini nəzərə almaq lazım gəlir. Məhz belə yanaşmanın prizmasından Prezident İlham Əliyevin Baş Assambleyanın 72-ci sessiyasının açılışında söylədiyi nitqin həm tarixi dəyərini, həm də məzmun özəlliyini düzgün anlamaq mümkün olur. Şübhəsiz, Azərbaycanın müstəqil dövlət kimi BMT-yə üzv qəbul edilməsi tarixi hadisədir. Ancaq burada iki məqamı diqqətə almaq gərəkdir. Birincisi, Azərbaycanın BMT-yə üzvlüyü ərəfəsində qlobal geosiyasətdə köklü dəyişikliklər baş verirdi. Bu dəyişikliklərin dünyanı hansı geosiyasi müstəviyə atacağı aydın deyildi. Yəni qlobal miqyasda bir qeyri-müəyyənlik, gərginlik və böyük güclərin sərt mübarizəsi müşahidə edilirdi.

Bunlara havadarlarının ciddi yardımı ilə Azərbaycan torpaqlarının bir hissəsini işğal edən Ermənistanın təcavüzkarlıq siyasətini də əlavə etmək gərəkdir. Nəticədə, Azərbaycan gənc və hələ tam formalaşmamış müstəqil dövlət kimi müstəqilliyin ilk illərindən çətin ziddiyyətlər burulğanına düşdü. Belə bir şəraitdə BMT-yə üzv olmaq çox vacib addım idi.

İkincisi, həmin dövrdə Azərbaycanın daxili siyasi qüvvələri hakimiyyət uğrunda bir-biri ilə mübarizə aparırdılar. Bu, ölkəni çox ağır vəziyyətə salmışdı. Bütün sahələrdə tənəzzül vardı, kənar təcavüzə cavab vermək mümkün olmurdu, naşı idarəetmə ölkəni parçalanmağa doğru aparırdı. Təbii ki, əgər bu proses sona qədər getsə idi, parçalanmış ölkənin BMT kimi təşkilata üzvlüyünün mənasını demək çətin olardı.

Xarici siyasətdə Heydər Əliyev prinsipləri: BMT ilə münasibətlərin məhək daşı

Lakin Azərbaycan xalqı tarixi seçim edərək özünün müdrik rəhbəri Heydər Əliyevi yenidən hakimiyyətə dəvət etdi. Qısa müddət ərzində Azərbaycanda proseslər sabitliyə doğru getməyə başladı. O cümlədən ölkənin BMT-dəki fəaliyyəti də yeni məzmun aldı. Artıq 1994-cü ildə BMT Baş Assambleyasının 49-cu sessiyasında Heydər Əliyev Azərbaycanla bu beynəlxalq təşkilatın əməkdaşlığının başlıca prinsiplərini yüksək tribunadan bəyan etmişdi. Həmin prinsipləri Ulu öndər Azərbaycanın "...qətiyyətlə hüquqi, demokratik, sivilizasiyalı dövlət quruculuğu yolunu tutması"na uyğun müəyyənləşdirib (2, səh.193). Eyni zamanda, Heydər Əliyev xatırladıb ki, bütövlükdə hüquqi, demokratik, sivilizasiyalı dövlət quruculuğu mürəkkəb və ziddiyyətli prosesdir. Bu səbəbdən müstəqilliyinə qovuşmuş ölkələrə BMT kimi təşkilat ciddi yardım etməlidir. Bu bağlılıqda digər mühüm məqam kimi xarici siyasətin əsas prioritetlərinin müəyyənləşdirilməsi kontekstində beynəlxalq təşkilatlarla münasibətlərin özəl əhəmiyyət daşımasının hər iki tərəfdən dərk edilməsini vurğulamaq olar. O zamandan Azərbaycanın BMT ilə münasibətlərində həmin özəlliyin xüsusi yeri vardır. Bu da ölkənin daim BMT ilə münasibətlərə, beynəlxalq hüquqa sadiq olmasının əyani sübutlarından biridir.

Vurğulanan aspektdə Azərbaycanın xarici siyasətində başlıca yeri sülhə, barışa, qarşılıqlı faydalı əməkdaşlığa nail olmaq prinsipi tutur. Bunun üçün Azərbaycan rəhbərliyi bütün istiqamətlərdə balanslaşmış siyasət yeritməkdədir. Şübhə yoxdur ki, həmin kontekstdə beynəlxalq təşkilatlarla, ilk növbədə, BMT ilə əlaqələrin strateji qiymətləndirilməsi böyük əhəmiyyət kəsb edir. Onu da qeyd edək ki, bu seçimin də əsasında Heydər Əliyevin "Birləşmiş Millətlər Təşkilatının, bir sıra münaqişələrin və böhran vəziyyətlərinin aradan qaldırılmasında təcrübəyə malik olan Təhlükəsizlik Şurasının yeni dünya qaydasının qurulmasında aparıcı yol oynamalı" olduğuna dərin inamı dayanır (2, səh.194). Deməli, Azərbaycan-BMT münasibətlərinə yeni dünya nizamının formalaşması aspektində yanaşan Ulu öndər bu prosesdə həmin təşkilata ciddi əhəmiyyət verib.

Heydər Əliyev yuxarıda vurğulanan fikirlərini 1995-ci ildə BMT-nin 50 illiyi münasibətilə Baş Assambleyadakı çıxışında daha da inkişaf etdirib. Ulu öndər ifadə edib: "İkinci dünya müharibəsindən sonra... xüsusi rol Birləşmiş Millətlər Təşkilatına məxsusdur. O, 50 il ərzində bəşəriyyətin tarixində ən nüfuzlu və