Adil Məlikovun xatirəsinə həsr olunmuş gecə keçiriləcək


Digərləri 09 Okt 2017 14:44:17 691 0

Adil Məlikovun xatirəsinə həsr olunmuş gecə keçiriləcək

Konsertin oktyabrın 12-də Beynəlxalq Muğam Mərkəzində keçirilməsi nəzərdə tutulur

Azərbaycan Dövlət Televiziyası (AzTV) və "Mədəniyyət" kanalının təşkilatçılığı ilə görkəmli vokal ifaçısı Adil Məlikovun xatirəsinə həsr olunmuş gecə keçiriləcək.

"Mədəniyyət" kanalından "Report"a verilən məlumata görə, konsertin oktyabrın 12-də Beynəlxalq Muğam Mərkəzində keçirilməsi nəzərdə tutulur.

Gecədə xalq artisti Qərinə Kərimova, əməkdar artistlər - Gülnaz İsmayılova, Zemfira İsmayılova, İnarə Babayeva, İlahə Əfəndiyeva, Səbinə Vahabzadə, Əliəhməd İbrahimov, Cahangir Qurbanov, Afaq Abbasova, Səidə Şərifəliyeva, Nərgiz Kərimova, Fərid Əliyev, Anton Ferştandt, vokalçılar - Nina Makarova və Taleh Yahyayev çıxış edəcəklər.