PSG ispan qapıçı ilə maraqlanır


İdman 09 Okt 2017 14:42:00 403 0

PSG ispan qapıçı ilə maraqlanır

"Manchester United"in qapıçısı David de Xea PSG-nin diqqət mərkəzinə düşüb. Goal.az "Sport" nəşrinə istinadən xəbər verir ki, Paris klubu 26 yaşlı qapıçı ilə yanaşı Tibo Kurtua (Chelsea) və Canluici Donnarummanı (Milan) da transfer siyahısına daxil edib. Donnarumma ötən yay "Milan"la müqaviləsini 2021-ci ilə kimi uzatmışdı. De Xeanın "United"lə müqaviləsi isə 2018-cu ilə kimi nəzərdə tutulub.