Avropa Xarici İşlər Xidmətinin siyasi direktoru Azərbaycana gəlib


Siyasət 09 Okt 2017 14:38:26 335 0

Avropa Xarici İşlər Xidmətinin siyasi direktoru Azərbaycana gəlib

Avropa Xarici İşlər Xidmətinin siyasi direktoru Jan-Kristof Bellard Azərbaycana səfər gəlib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin siyasi və sosial məsələlər, ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Denis Danilidis bildirib.

D.Danilidis qeyd edib ki, səfər tanışlıq məqsədi daşıyır və görüşlərdə noyabrın 24-də Brüsseldə keçiriləcək "Şərq Tərəfdaşlığı" sammitinə hazırlıq məsələləri müzakirə olunacaq.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində