ABŞ-ın Ankaradakı müvəqqəti işlər vəkili Türkiyə XİN-ə çağırılıb


Dünya 09 Okt 2017 14:24:02 365 0

ABŞ-ın Ankaradakı müvəqqəti işlər vəkili Türkiyə XİN-ə çağırılıb

ABŞ-ın Türkiyəyə tətbiq etdiyi viza sanksiyası məsələsi müzakirə olunub

ABŞ-ın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili Filip Kosnett Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə Türkiyə ilə ABŞ arasındakı viza sanksiyası məsələsi müzakirə olunub.

Müvəqqəti işlər vəkilindən ABŞ-ın Türkiyə vətəndaşlarına tətbiq etdiyi viza məhdudiyyətini aradan qaldırması istənilib.