Evlərdən qızıl oğurlayan dəstə üzvləri tutuldular


Digərləri 09 Okt 2017 14:23:00 323 0

Evlərdən qızıl oğurlayan dəstə üzvləri tutuldular

Oktyabrın 8-də Zaqatala Rayon Polis Şöbəsinə rayonun Muxax kəndindəki evlərdən birindən soyğunçuluq edilməsi ilə bağlı məlumat daxil olub.

Son.az DİN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu hadisə baş verən ünvana gəlib. Polis əməkdaşları tərəfindən mənzilə baxış keçirilib, təxirəsalınmaz tədbirlər görülüb.

Məlum olub ki, həmin gün saat 4 radələrində mənzilə pəncərədən girmiş maskalı şəxslər ev sahibəsinə və onun azyaşlı nəvəsinə zor tətbiq edib oradan gümüş və geyim əşyaları aparıblar.

Faktla əlaqədar Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.